ARDNF-in investisiya portfelində ABŞ dollarının payı cüzi azalıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 57 milyard 014,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 3 milyard 576,47 milyon ABŞ dollar və ya 6,7 % çoxdur.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 69,5 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,4 faiz bəndi azdır. İnvestisiya portfelində avronun payı dəyişməyərək 19,4 faiz bəndi olub.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 4,9 % qalıb.

Avstraliya dollarının payı dəyişməyərək 0,6 % qalıb, türk lirəsinin payı isə 0,3 % bəndindən 0,2 % bəndinə düşüb.

Rusiya rublunun payı ötən ilin ilk rübündə olduğu kimi 02 % qalıb, Çin yuanının payı isə 1 %-dən 1,1 %-ə artıb.

Həmçinin, 2023-cü ilin ilk rübü ərzində ARDNF yapon yeninin payı 1,4 %-dən 1,5 %-ə qalxıb, digər xarici valyutaların payı isə 2,4 faiz bəndindən2,6-ya qalxıb.