Ardıcıl iki gün ucuzlaşan qızıl bu gün sabitliyini qoruyub

Yaxın Şərqdəki gərginliyin azaldılmasından sonra ardıcıl olaraq iki gün ucuzlaşan qızıl qiymətləri bu gün sabit qalıb.

İndex.az xəbər verir ki, bu gün səhər saatlarında qızılın bir unsiya 2,321,53 dollara satılıb .

Gümüş, platin və palladium da qızıl kimi sabit qalıb.

Bazar indi diqqətini yenidən ABŞ-ın pul siyasətinə yönəldir.

FED-in cümə günü açıqlanacaq şəxsi istehlak xərcləri indeksinin mart ayında qiymət təzyiqlərinin yüksək olaraq qaldığını göstərməsi gözlənilir.

Bu, uçot dərəcələrinin azaldılmasında gecikmənin olduğunu və qızıla mənfi təsir edəcəyi iddiasını dəstəkləyəcək.