Azərbaycanda süni mayalandırma mütəxəssisləri hazırlanacaq

Azərbaycanda süni mayalandırma mütəxəssisləri hazırlanacaq

img



Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalandırma mütəxəssislərinin hazırlanması üçün təlimlərə başlanılıb.

İndex.az xəbər verir ki, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərə süni mayalanma sahəsində işə yeni başlayan, həmçinin bir qrup təcrübəli  baytar cəlb olunub.

Təlimləri FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış yerli mütəxəssislər aparır. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Göygöldə fəaliyyət göstərən Süni Mayalanma Mərkəzində həyata keçirilir və təlimi uğurla başa vuran şəxslərə sertifikatla yanaşı, müvafiq süni mayalanma avadanlıqları da təqdim edilir.

Qeyd edək ki, Tərəfdaşlıq Proqramı çərçivəsində ilkin mərhələdə 60-a yaxın baytarın süni mayalandırma üzrə mütəxəssislərin hazırlanması təlimində iştirakı nəzərdə tutulub.