
“Apple”in sentyabr ayında təqdim edəcəyi “iPhone 17” seriyası istehsal problemləri ilə gündəmə gəlib.
İndex.az xəbər verir ki, şirkətin baş direktoru Tim Kukun məsələdən çox narahat olduğu bildirilsə də, tədarük zəncirindəki kritik material çatışmazlığının telefonun təqdimatını gecikdirə biləcəyi ortaya çıxdı.
İddialara görə, aşağı istilik genişlənmə əmsalı (aşağı CTE) şüşə lifli parçanın təchizatındakı problemlər “iPhone 17” seriyasının istehsalını ləngidir. Bilməyənlər üçün deyək ki, bu materialdan istiliyi dağıtmaq və temperaturun dəyişməsi nəticəsində yaranan stressi azaltmaq üçün smartfonlarda istifadə olunur.
“Apple” bu problemin təcili həllini axtarır. Lakin şirkət bu həlli tezliklə tapa bilməsə, “iPhone 17″nin buraxılış tarixi gecikə bilər. Bu nöqtədə texnologiya nəhəngi telefonu daha gec təqdim etməli və ya vaxtında təqdim etsə belə satışa gec başlamalı ola bilər.