Amerika çip embarqosunu artırır

Amerika Çinə qarşı çip embarqosunu daha da artıracaq.

İndex.az xəbər verir ki, bu qərar iki ölkə arasında son vaxtlar artan gərginliklə əlaqələndirilir.

Ticarət naziri Gina Raimondo, Çinin təhlükəsizlik təhdidi olaraq gördükləri özəl çip texnologiyalarına çıxışını daha da məhdudlaşdıracaqlarını və xüsusilə bəzi Çin şirkətlərinin böyük embarqoya məruz qalacağını bildirib.

Bu çərçivədə Çin şirkətləri üçün çip sahəsində bir sıra yeni ixrac məhdudiyyətləri tətbiq edəcəklərini ifadə edən Raimondonun xüsusilə “ChangXin Memory Technologies”ə qəti embarqo qoymağa hazırlaşdığı bildirilir.

Bayden administrasiyası əvvəllər də bu paraleldə addımlar atmışdı. Lakin bütün bu tədbirlərin Çinin çip texnologiyası sahəsində irəliləyişini həqiqətən dayandıra biləcəyi hələlik məlum deyil.