AMB: “10 sığorta şirkətinin mobil tətbiqi yoxdur”

Azərbaycandakı sığorta şirkətlərindən 10-nun mobil tətbiqi yoxdur.

İndex.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Insurtech” zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.

“AMB-nin sığorta şirkətləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlardan 4-də mobil tətbiq tam, 2-də isə qismən fəaliyyət göstərir”, – deyə o qeyd edib.