“Amazon”un satışları birinci rübdə artıb

ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un satışları bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 13% artıb.

İndex.az xəbər verir ki, 2023-cü ilin birinci rübündə şirkətin xalis satışları 127,4 milyard dollar olub.

Bazar gözləntiləri şirkətin 142,5 milyard dollar gəlir əldə edəcəyi idi.

Bulud hesablama xidmətləri göstərən “Amazon Web Services” (AWS) bölməsinin satışları da illik bazda 17% artaraq 25 milyard dollara çatıb.

Şirkətin reklam bölməsinin gəlirləri ilin birinci rübündə 24% artaraq 11,8 milyard dollar təşkil edib.