Almaniya Rusiyaya casusluq ittihamı ilə 2 nəfəri həbs edib

Federal prokurorluğun verdiyi açıqlamaya görə, həbs olunanlar Ukraynaya yardımı sabotaj etməkdə və potensial hədəflərə, o cümlədən ABŞ hərbi obyektlərinə hücum planlaşdırmaqda ittiham olunurlar.

İndex.az xəbər verir ki, açıqlamada Bavariya bölgəsinin Bayreuth şəhərində həbs edilən şəxslərin kimliyi “Dieter S.” və “Alexander J” kimi verilmişdir.

Açıqlamada Diter S.-nin oktyabr ayından etibarən Rusiya kəşfiyyatı ilə əlaqəsi olan bir şəxslə Almaniyada mümkün təxribat aktlarını müzakirə etdiyi və əsas məqsədin Almaniyanın Ukraynaya hərbi dəstəyini sarsıtmaq olduğu bildirilib.

Bu şübhəli ifadəsində Almaniyada hərbi və sənaye obyektlərinin istifadə etdiyi infrastruktura bombalı hücum və yanğın törətməyi planlaşdırdığını etiraf edib.