Aktiv vergi ödəyicilərinin sayı 4% artıb

Bu il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7% çox – 738,4 min olub.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-nay aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 6,6% artaraq 42,6 min təşkil edib.

5 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 3,4% artaraq 195,7 minə çatıb.