Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni 17-ci sanksiya paketi üzərində işləyir.

İndex.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.

“Artıq 16 sanksiya paketi qəbul etmişik və indi 17-ci paket üzərində iş gedir. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik”, – o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin müttəfiqlərinə Ukraynada nizamlanma planı təqdim etdiyi, bu plana Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının daxil olduğu barədə məlumat verilmişdi.