Aİ miqrantlar üçün yaşayış və iş icazəsi qaydalarını yeniləyir

Avropa İttifaqı Şurası Aİ əmək bazarına qanuni immiqrasiya ilə bağlı qanunların yenilənmiş variantını razılaşdırıb.

İndex.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında artan işçi çatışmazlığına həlli yolunda axtarışlar çərçivəsində yaşayış və iş icazələrini tənzimləyən yeni tənzimləmə barədə razılaşma əldə olunub.

Yeniləmə Aİ-nin lazım olan istedadları Aİ-yə cəlb etmək məqsədi daşıyan paketi çərçivəsindədir.

Beləliklə, Aİ həm müntəzəm miqrasiyanı artırmaq, həm də ehtiyac duyduğu sahələrdə və peşələrdə çalışacaq insanları əmək bazarına əlavə etmək istəyir.

Şuradan edilən açıqlamaya görə, tənzimləmənin “tək icazə” adlanan və həm yaşayış, həm də iş icazələrini əhatə edən yenilənmiş variantı müraciət prosedurunu asanlaşdıracaq.