“Accessbank”ın faiz gəlirləri 165 milyon manatdan çox azalıb – HESABAT

“Accessbank” 2025-cü ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2025-cü ilin 1-ci rübündə ötən ilin sonu ilə müqayisədə “Accessbank”ın həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

Belə ki, cari ilin 1-ci rübündə “Accessbank”ın faiz gəlirləri 58.983 milyon manat təşkil edib.

2024-cü ilin sonunda bankın faiz gəlirlərinin 224.434 milyon manat olduğunu nəzərə alsaq, 165.451 milyon manatlıq azalmanın olduğunu görərik.

“Accessbank”ın faiz xərcləri isə 2025-cü ilin 1-ci rübündə 61.401 milyon manat azalaraq 22.791 milyon manat təşkil edib.

Ötən ilin sonunda bankın faiz xərcləri 84.192 milyon manat olub.

Xatırladaq ki, “Accessbank”ın nizamnamə kapitalı 121.750 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.