ABŞ Ukrayna və İsrailə hərbi yardım göndərəcək

Co Bayden yeni yardım paketini təstiq edib.

İndex.az xəbər verir ki, Co Baydenin imzaladığı yeni paketin ümumi həcmi 95 milyard dollar olacaq.

Bu məbləğin 61 milyard dolları Ukraynaya, 26 milyard dolları isə İsrailə göndəriləcək.

Ukrayna və İsrailə maddi yardımla yanaşı hərbi yardım da göndəriləcək.

Qeyd edək ki, Baydenin imzaladığı paketin içində “TikTok”un ABŞ-da qadağan edilməsi məsələsi də yer alıb.