ABŞ “TikTok”u qadağan etdi: “TikTok”dan CAVAB

“TikTok”un 170 milyondan çox amerikalı istifadəçinin şəxsi məlumatını topladığı və Çinin bu proqramdan təbliğat məqsədləri üçün istifadə etdiyi iddiası ilə ABŞ hökuməti ölkə daxilində “TikTok”u qadağan etdi.

İndex.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden tərəfindən “TikTok”u qadağan edən qanunun təsdiqlənməsindən sonra “TikTok”un baş direktoru Şou Zi Kyu bir sıra açıqlamalar verib.

Şou Zi Kyunun sözlərinə görə, qanunun qarşısını almaq üçün hüquqi mübarizəyə başlayacaqlar.

Kyu bildirib ki, başlayacaqları hüquqi mübarizədə qalib olacaqlarından əmindir:

“Əmin olun, heç yerə getməyəcəyik”.

Qeyd edək ki, ABŞ hökumətinin təstiqlədiyi yeni qanuna əsasən “TikTok” platformasının ABŞ-da fəaliyyət göstərə bilməsi üçün mütləq başqa bir şəxsə satılmalıdır.