ABŞ “TikTok” barəsində qərar verdi: Ya satılacaq, ya da qadağan olunacaq

ABŞ Senatı Çinin “ByteDance” şirkətinə məxsus sosial media platforması olan “TikTok” üçün qanun layihəsini təsdiqləyib.

İndex.az xəbər verir ki, təstiqlənmiş qanun layihəsinə görə, “TikTok” bir il ərzində ya satılacaq, ya da qadağan ediləcək.

Senatorların fikrinə görə, “TikTok” 170 milyondan çox amerikalı istifadəçinin şəxsi məlumatını toplayır və Çin bu proqramdan təbliğat məqsədləri üçün istifadə edir.

Prezident Co Bayden qanun lahiyəsini imzalayacağını bildirib.