ABŞ-dan “Huawei”yə yeni zərbə! Satışı qadağan olunur

ABŞ Ticarət Nazirliyi “Huawei” üçün yeni qaydaların yolda olduğunu bildirib.

İndex.az xəbər verir ki, “Intel” və “Qualcomm” kimi Amerika çip istehsalçılarına “Huawei”yə məhsul satmaq tamamilə qadağan edildi.

Bəzi xüsusi icazələrlə təmin edilən 5G olmayan çiplərin ixrac lisenziyalarını ləğv etdi.

Qeyd edək ki, ABŞ 2019-cu ildən Çin hökuməti ilə əlaqəsi olduğunu iddia edərək şirkətə məhdudiyyətlər qoyub. Milli təhlükəsizlik narahatlığına əsaslanaraq Amerika texnologiyasına giriş məhdudlaşdırılıb. Bu texnologiyalara 5G dəstəkli çipsetlər, modem çipləri və “Google” xidmətləri kimi bir çox məhsul daxildir.