ABŞ-dan 3 minə yaxın Ermənistan vətəndaşı deportasiya ediləcək

ABŞ Miqrasiya və Gömrük Xidmətinin təsdiq edilmiş siyahısı çərçivəsində İran və Ermənistan vətəndaşları ölkədən deportasiya ediləcək.

İndex.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın 2 808, İranın isə 2 618 vətəndaşı deportasiya ediləcək.

Hesabata əsasən, hazırda 1 445 549 nəfər ABŞ-dən deportasiyaya məruz qalıb. Onlardan təxminən 38 min nəfəri Çin vətəndaşı olacaq.