
2025-ci ilin 1-ci rübü ərzində “Azərbaycan Benyənlxalq Bankı”nın (ABB) kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2025-cü ilin 1-ci rübü ərzində bankın kredit portfelinin həcmi 6 milyard 468.907 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 6 milyard 350.800 milyon manat kredit verildiyini nəzərə alsaq, 118.107 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 70.207 milyon manat artaraq 1.868.915 milyon manat, biznes kreditləri 37.789 milyon manat artaraq 3.147.035 milyon manat, daşınmaz əmlak kreditləri isə 10.111 milyon manat artaraq 1.452.957 milyon manat təşkil edib.
Beləliklə, ABB-nin kredit portfelinin 48%-dən çoxunu istehlak kreditləri təşkil edir.
Xatırladaq ki, ABB 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 1 milyard 281.271 milyon manatdır. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.