Dünyanın qabaqcıl brend qiymətləndirmə şirkətlərindən biri olan “Brand Finance”in “Dünya Futbolunun Ən Dəyərli 50 Klub Brendləri” araşdırmasına görə siyahıya daxil olan 50 klub arasında ilk 10-luqda olan klubun marka dəyəri 13 milyard 673 milyon dollara çatıb.
İndex.az xəbər verir ki, brend qiymətləndirmə şirkəti “Brand Finance” tərəfindən aparılan araşdırmaya görə, keçən il birinciliyi “Mançester Siti”yə uduzan “Real Madrid” bu il də 1 milyard 805 milyon dollarla dünyanın ən dəyərli futbol klubu olub.
Araşdırmaya görə, dünyanın ən dəyərli 10 futbol klubunun brend dəyərləri (milyon dollar) belədir:
BREND ÖLKƏ 2024 BREND DƏYƏRİ
1 Real Madrid İspaniya 1,805
2 Mançester Siti İngiltərə 1,726
3 FK Barselona İspaniya 1,653
4 Mançester Yunayted İngiltərə 1,498
5 Liverpul İngiltərə 1,478
6 Bayern Münhen Almaniya 1,325
7 Paris Saint-Germain Fransa 1,294
8 Arsenal İngiltərə 1,067
9 Tottenham Hotspur İngiltərə 930
10 Chelsea İngiltərə 897