“Goldman Sachs”ın xalis mənfəəti 150% artıb

ABŞ bankı “Goldman Sachs Group Inc.” ikinci rüb balansını açıqladı.

İndex.az xəbər verir ki, bankın xalis mənfəəti bu dövrdə 150% artaraq 3,04 milyard dollara çatıb.

Bankın səhm üzrə gəliri ikinci rübdə 8,62 dollara yüksəlib. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 1,22 milyard dollar olub.

Bankın gəlirləri 12,73 milyard dollara yüksəlib. Bank 2023-cü ilin ikinci rübündə 10,9 milyard dollar gəlir əldə edib.

Nyu-Yorkda yerləşən bankın investisiya bankçılıq gəlirləri 21% artaraq 1,73 milyard dollara çatıb ki, bu da 1,8 milyard dollar proqnozdan aşağı olub.