Azerbaijan Airlines
Maliyyə və Mühasibat Uçotu İdarəsinin Mütəxəssisi
Son tarix 10 avq 2024 Müraciət et
Təsvir:
- Bank qalıqları və bank hesablarındakı əməliyyatlar haqqında gündəlik hesabatların hazırlanması
- Gündəlik olaraq bank hesablarının bank çıxarışları ilə üzləşməsinə nəzarət edilməsi
- Bank hesabları ilə bağlı tələb olunan sorğuların icra edilməsi
- Bank hesablarının açılması və bağlanması;
- Şirkətin bank hesabları arasında əməliyyatların icrası;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və pul vəsaitləri ilə bağlı digər hesabatların hazırlanması
- Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak;
Tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Sahə üzrə tələb olunan iş təcrübəsi minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – əla;
- Word, Excel, PowerPoint proqramlarını yüksək səviyyədə bilmək mütləqdir
- Bank əməliyyatları və bank məhsulları üzrə biliklər üstünlükdür;
- ACCA, CFA və s. sertifikatı olanlara üstünlük veriləcək;
- Problem həll etmə bacarığı;
- Komandada işləmə bacarığı
- Yüksək təhlil qabiliyyəti
- Öyrənmə bacarığı
İş qrafiki: 09:00-18:00 (Həftə işi 5 gün)
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Maliyyə və Mühasibat Uçotu İdarəsinin Aparıcı Mütəxəssisi
Son tarix 10 avq 2024 Müraciət et
Təsvir:
- Mövcud kredit və lizinqlərin uçotunun BMHS əsasən həyata keçirilməsi və ödəmə qrafiklərinə uyğun olaraq ödənişlərin icra edilməsi;
- Kredit və lizinqlər üzrə aylıq və rüblük hesabatların hazırlanması;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və pul vəsaitləri ilə bağlı digər hesabatların hazırlanması
- Şirkətin bank hesablarına və onlarda aparılan əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi
- Debitor və kreditor borclarını vaxtaşırı nəzərdən keçirməklə likvidliyə nəzarət etmək
- Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün proseslərin avtomatlaşdırılması üzrə proseslərdə iştirak etmək
- Lazımsız xərcləri tapmaq və onlara nəzarət etməklə nağd pul axınını azaltmaq
- Valyuta riskinin minimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi
- İnvestisiya ediləcək artıq pul vəsaitlərinin müəyyən edilməsi və müxtəlif maliyyə alətləri vasitəsilə əməliyyatın həyata keçirilməsi
- Kredit və lizinqlərin rəsmiləşdirilməsi prosesinin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların və rəhbərliyə təqdimatların hazırlanması;
Tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Sahə üzrə tələb olunan iş təcrübəsi minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – əla;
- Word, Excel, PowerPoint proqramlarını yüksək səviyyədə bilmək mütləqdir;
- Bank əməliyyatları və bank məhsulları üzrə biliklər üstünlükdür;
- Maliyyə alətləri üzrə iş təcrübəsi üstünlükdür;
- ACCA, CFA və s. sertifikatı olanlara üstünlük veriləcək;
- Problem həll etmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Yüksək təhlil qabiliyyəti.
İş qrafiki: 09:00-18:00 (Həftə işi 5 gün)
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı