Rusiya: “Hindistan neft ixracatında bizim əsas bazarımız olub”

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə Hindistana neft nəqlini əvvəlki ilə nisbətən iki dəfə artırdığını bildirib.

İndex.az xəbər verir ki, Novakın sözlərinə görə, Hindistan Rusiya üçün əsas bazara çevrilib və bu gün Hindistan enerji sahəsində Rusiyanın əsas tərəfdaşları arasındadır.

Rusiyanın 2022-ci ildə Hindistana 45 milyon ton neft göndərdiyini ifadə edən Novak, bu göstəricinin 2023-cü ildə 90 milyon tona çatdığını qeyd edib.

Bu da Hindistanın ümumi neft idxalının 40%-nə bərabərdir.