Avstraliyada səkkiz yaşlı uşağı öldürməkdə ittiham olunan təriqətin məhkəməsi başlayıb

Avstraliyada səkkiz yaşlı şəkərli diabetli qıza dini inanclarına görə insulin verməyərək ölümünə səbəb olduğu iddia edilən təriqət üzvləri məhkəmə qarşısına çıxarılıb.

İndex.az xəbər verir ki, 1-ci qrup şəkərli diabet xəstəsi olan səkkiz yaşlı Elizabeth Sthrus 2022-ci ilin yanvarında Brisbendən 125 kilometr qərbdə yerləşən Toowombadakı evində ölü tapılıb. Qıza bir həftəyə yaxın insulin verilmədiyi iddia edilir.

Prokurorlar iddia edirlər ki, “Müqəddəslər” kimi tanınan təriqət qıza insulin verməkdənsə, sağalması üçün Allaha dua edib.

Qeyd edək ki, qızın valideynləri 14 müttəhim arasındadır.