Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı olan şirkət təsis edilib.
İndex.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən “Mach Havacılık” Məhdud Məsuliyyətli Cəmiyyəti cari ilin mayında dövlət qeydiyyatına alınıb.
Şirkətə Türkiyə vətəndaşı Mehmet Ali Nart rəhbərlik edəcək. Mehmet Ali Nart Türkiye Teknoloji Takımının İdarə heyətinin üzvüdür.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ev.1, “Adore Plaza”, IV mərtəbədir.