İcbari Sığorta Bürosunun icraçı direktoru işdən çıxıb

İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov vəzifəsindən ayrılıb.

İndex.az xəbər verir ki, bununla bağlı qərar Büronun Himayəçilər Şurası tərəfindən verilib.

Məlumata görə R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri təyin edilib.

Qeyd edək ki, R. Əhmədov 2018-ci ildə İcbari Sığorta Bürosunda icraçı direktor seçilmişdi.

Xatırladaq ki, İSB-yə hələlik yeni sədr təyin edilməyib.