Xəbər verdiyimiz kimi “Kapital Bank”ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilmişdi. 27 iyun 2024-cü il tarixində sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 fiziki, 7 hüquqi şəxs olmaqla 39 investor iştirak edib.
Ümumilikdə “Kapital Bank”ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz buraxılışı 2 tranş olmaqla qısa zamanda tamamlanıb. İnvestorlar tərəfindən böyük tələb göstərilən abunə yazılışında 146 091 600 (146 milyon 91 min 6 yüz) manat sifariş toplanıb. İstiqrazların yerləşdirilməsində 18 hüquqi, 63 fiziki şəxs olmaqla 81 investor iştirak edib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.