Tacikistanda hicab qadağan olundu

Tacikistan prezidenti Emoməli Rəhman cümə axşamı hicabın qadağan olunmasını nəzərdə tutan “Ənənə və mərasimlərin tənzimlənməsi” və “Uşaqların təhsili və tərbiyəsi üçün məsuliyyət” qanunları da daxil olmaqla 35 qanun layihəsi imzalayıb.

İndex.az xəbər verir ki, Rəhmanın icazəsi ilə hicab, türban və İslami simvolları ehtiva edən bütün geyimlərdən istifadə tacik mədəniyyətinə yad olduğu üçün qadağan edildi.

Rəyasət Heyətindən verilən açıqlamada bildirilib ki, qanuna edilən dəyişikliklər milli mədəni dəyərlərin qorunması, xurafat və ekstremizmin qarşısının alınması, mərasim və bayramlarda israfçılığın qarşısının alınması məqsədi daşıyır.

Bu çərçivədə ölkədə milli mədəniyyətə zidd paltarların ticarəti və istifadəsi və uşaqların ev-ev gəzib bayram paltarı istəməsi adəti olan “iydqardak” da qadağan edilib. Rəsmi məlumatlara görə, tacik xalqının 99%-i müsəlmandır.

Tacikistanda uzun illərdir ki, dövlət müəssisələrində və məktəblərdə hicabdan istifadə faktiki qadağan edilib. Ölkədə kişilərə saqqal saxlamağa icazə verilmir. Son illərdə minlərlə kişinin polis tərəfindən saxlandığı və saqqallarının zorla qırxıldığı bildirilir.