Dronların kabusu: Dünyanın ən güclü portativ lazer silahı hazırlanıb

Avstraliyada dünyanın ən güclü portativ lazer silahı hazırlanıb.

İndex.az xəbər verir ki, Avstraliya Müdafiə Qüvvələrinin (ADF) ilk portativ lazer silahı “Fractl” polad yandırmaq üçün kifayət qədər güclü şüalara malikdir və çox kiçik hədəfləri belə məhv edə bilər.

“Fractl” istifadəçi üçün əlverişli olduğu qədər də güclüdür.

ADF-dən bildirilir ki, səssiz sistem olan “Fractl” əsgərlərə cəmi bir neçə dəqiqə ərzində öyrədilə bilər.

Bununla belə, sistemin iş prinsipi video oyununa bənzəyir.

Kompüter proqramı müvafiq dronu izləmək vəzifəsini yerinə yetirərkən, müdaxilə sadəcə bir düyməyə basmaqla həyata keçirilir.

Həmçinin ekran vasitəsilə dronların hansı sahəsini hədəf alacağını seçmək mümkündür.

Məlumatlara görə, dronlarda kamera və pervaneyi sıradan çıxarmaq bir neçə saniyə çəkir.