“Avrozona” iqtisadiyyatından mənfi siqnallar

“Avrozona”da özəl sektorun biznes fəaliyyətinin bərpası gözlənilmədən sürətini itirib,

İndex.az xəbər verir ki, Fransada erkən seçki nəticələri şirkətlərə təzyiq göstərib və regionun istehsal sektoru ilin ən pis ayını keçirib.

Belə ki, “S&P Global”ın “Kompozit Satınalma Menecerləri” indeksi iyun ayında 50,8-ə düşüb.

Bu, 50 həddini aşan ardıcıl dördüncü ay olsa da, analitiklər artımın 52,5 səviyyəsində olacağını proqnozlaşdırmışdılar.