Azərbaycana turist ən çox hansı ölkədən gəlir?

Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 5 ay ərzində gələnlərin 28,8 %-i Rusiya, 18,2 %-i Türkiyə, 9,4 %-i Hindistan, 9,3 %-i İran, 4,3 %-i Gürcüstan, 3 %-i Qazaxıstan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,3 % olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 %-i Belarus, 12,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan – 2,6 dəfə, Cənubi Koreyadan – 2,2 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, İspaniyadan – 1,7 dəfə, Səudiyyə Ərəbistanından – 1,7 dəfə, Tacikistandan – 1,7 dəfə, Qırğızıstandan – 1,7 dəfə, Bəhreyndən – 1,7 dəfə, Omandan – 1,6 dəfə, İrandan – 1,5 dəfə, Türkmənistandan – 42,6 %, Pakistandan – 42,4 %, İtaliyadan – 42,4 %, Küveytdən – 41,2 %, Yəməndən – 39,7 %, İordaniyadan – 36 %, Misirdən – 33,5 %, Polşadan – 33,4 %, Almaniyadan – 25,2 %, Ukraynadan – 23,3 %, Türkiyədən – 23,1 %, Özbəkistandan – 23 %, Rusiyadan – 20,3 %, ABŞ-dan – 19,5 %, Fransadan – 15,9 %, Gürcüstandan – 12,4 %, Birləşmiş Ərəb Əmirliklərindən – 12 % artıb.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 % artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24 % artaraq 367,8 min nəfər olub..

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 %-i hava, 27,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.