Ödənişli xidmətlərin həcmi 5% artıb

Mərkəzi Bankın apardığı real sektorun monitorinqinin nəticələrinə görə, biznes iman indeksi martda əvvəlki ayla müqayisədə ticarət və xidmət sektorlarında yüksəlib.

İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib. Bildirib ki, 2022-ci ilin I rübündə ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi 3,1% artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində isə 5,2% artım qeyrı alınıb.

Bu dövrdə qeyri-neft investisiyalarının artımı 10,1% olub.