“Azeri Light”ın qiyməti 110 dolları ötüb

Dünya bazarında “Azeri Light” (CİF) markalı neft bahalaşmaqda davam edir.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,83 ABŞ dollar və ya 2,64 % artaraq 110,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.