Mask: “Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”

“Twitter” sosial şəbəkəsini əldə etdikdən sonra iş adamı İlon Mask zarafatla daha bir şirkəti – “Coca-Cola”nı alacağını elan edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.


“Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”, – deyə o yazıb.

Bundan əvvəl Mask restoranlarında dondurma aparatlarını düzəltmək üçün “McDonald`s”ı almaq niyyətini açıqlamışdı. Lakin sonra iş adamı hətta özünün belə o maşınları düzəldə bilməyəcəyini deyərək, bu ideyadan vaz keçdiyini söyləyib.