Rusiyanın valyuta ehtiyatları 4 milyard dollar azalıb

Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 0,7% (və ya 4 milyard dollar) azalaraq 22 aprel 2022-ci il tarixinə 607,1 milyard dollar təşkil edib.

İndex.az xəbər verir ki, “Aprelin 22-nə beynəlxalq ehtiyatlar əsasən mənfi yenidən qiymətləndirmə nəticəsində həftə ərzində 4 milyard dollar və ya 0,7% azalaraq 607,1 milyard dollar təşkil edib”, – deyə hesabatda bildirilir.

15 aprel 2022-ci il tarixinə beynəlxalq ehtiyatlar 611,1 milyard dollar təşkil etmişdi.

Rusiya Mərkəzi Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borc almaq hüquqlarından, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir.