Yeni bir cihaz aldıqda, biz “12345” kimi sadə paroldan istiafadə edirik. Amma indi İngiltərədə bu dövr başa çatmaq üzrədir.
İndex.az xəbər verir ki, Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Nazirliyi istehlakçıları kiberhücumlardan qorumaq üçün yeni addım atıb.
İndi internetə qoşulmuş bütün cihazları zəif parollarla qorumaq qadağandır. Beləliklə, sadə parollar tarixə çevrilir.
Elm və texnologiya naziri Conatan Berri bu məsələdə kifayət qədər iddialıdır. Onun sözlərinə görə, bu qanun dünyada bir ilkdir.
Berri Böyük Britaniyanı internetdən istifadə üçün dünyanın ən təhlükəsiz yerlərindən birinə çevirməyi hədəfləyir. Bu qanunlarla ağıllı cihaz sahibləri artıq daha rahat nəfəs ala biləcəklər, çünki onlar cihazlarını mümkün haker hücumlarından daha yaxşı qoruya biləcəklər.