Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2 milyard 173,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 548,7 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 7,6% çoxdur.