Azərbaycanda 2022-ci ilin mart ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (86 milyon 302 min manat). İkinci yerdə isə 85 milyon 361 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Qala Sığorta” qərarlaşıb. (17 milyon 712 min manat), 4-cü yerdə “Atəşgah Həyat Sığorta” (12 milyon 491 min manat), 5-ci yerdə isə “Xalq Sığorta” (8 milyon 865 min manat).
Mart ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (550 min manat), “Meqa Həyat Sığorta” (340 min manat) sığorta şirkətləridir.
Sığortaçının adı | Sığorta haqları (2022-ci il mart), min manat |
Paşa Həyat Sığorta | 86.302 |
Paşa Sığorta | 85.361 |
Qala Sığorta | 17.712 |
Atəşgah Həyat Sığorta Şirkəti | 12.491 |
Xalq Sığorta | 8.865 |
Atəşgah Sığorta Şirkəti | 6.821 |
Meqa Sığorta | 6.392 |
İpək Yolu Sığorta | 5.224 |
A-Qroup Sığorta Şirkəti | 4.863 |
Azərbaycan Sənaye Sığorta | 4.657 |
Qala Həyat Sığorta Şirkəti | 4.201 |
Aqrar Sığorta | 3.435 |
AzSığorta | 2.849 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 2.455 |
Xalq Həyat Sığorta Şirkəti | 1.857 |
Günay Sığorta | 1.448 |
AtaSığorta | 1.445 |
Bakı Sığorta | 1.156 |
Naxçıvansığorta | 550 |
Meqa Həyat Sığorta | 340 |