Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-nin vəzifəli şəxsi vəfat edib.
İndex.az xəbər verir ki, qurumun əməkdaşı Aydın Fətullayev dünyasını dəyişib.
O, MİDA-da Texniki nəzarət şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, A.Fətullayev Nazirlər Kabineti Aparatının əməkdaşı Aynurə Fətullayevanın həyat yoldaşıdır.