Şəmsiyyə İmanova uzun illər paytaxtın Nəsib bəy Yusifbəyli küçəsi ev 21 ünvanında yaşayıb.
Ərazidə “Lider F” MTK pilot layihə çərçivəsində yaşayış binasının inşasına başlayıb.
Şirkət Şəmsiyyə xanımın 130 kvadratmetrlik mənzilinin müqabilində yeni tikilən binada ona 70 və 50 kvadratmetr olmaqla iki mənzil verəcəyini vəd edib. Bina hazır olduqdan sonra isə MTK 50 kvadratmetrlik mənzilin sahəsini kiçildib. Bu hal iki dəfə təkrarlanıb və nəticədə mənzilin son sahəsi 39 kvadratmetr olub.
Şikayətçi bildirib ki, mənzilinin kiçilməsinə səbəb qonşusunun yaşayış sahəsini böyütməsi səbəb olub. Xanımın qonşusu isə bildirir ki, onların bu hadisədən xəbəri yoxdur.
Şikayətçi bu halla razılaşmadığını və dəfələrlə MTK-dan söz verdikləri mənzili tələb etsə də, şirkət buna məhəl qoymayıb.
Daha ətraflı süjetdə: