Avropada təbii qazın min kubmetrinin qiyməti fevralın 23-dən sonra ilk dəfə olaraq, 1 000 ABŞ dollarından aşağı düşüb.
İndex.az “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın may fyuçerslərinin qiyməti min kubmetr üçün 947 ABŞ dolları səviyyəsinə düşüb.
Ümumi qiymət azalması 11,1 % təşkil edib.