Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb.
İndex.azxəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
“Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 % artaraq 6 milyon 371,3 min manat olub”, – nazir qeyd edib.