“Bakı Sığorta” ilk 3 ayda 487 min manat mənfəət əldə edib

“Bakı Sığorta” şirkəti 2022-ci ilin 1-ci rübünü 487 min manat mənfəətlə başa vurub.

İndex.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, 2022-ci ilin yanvar-mart dövründə “Bakı Sığorta”nın ümumi gəlirləri 2 milyon 17 min manat, xərcləri isə 1 milyon 530 min manat təşkil edib.

Qeyd edilib ki, hesablanmış sığorta haqları 2021-ci ilin eyni dövrü ilə müayisədə 2 dəfə artıb.