DSMF-nun xərcləri 43 milyon manatdan çox artıb

2022-ci ilin üç ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 43.1 mln. manat və ya 3.4% artıb.

İndex.az xəbər verir ki, DSMF-dən verilən məlumata əsasən, xərclərin 96.1%-ni əhaliyə ödənişlər təşkil edib.