Bu gün dən un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə verilən 35 (otuz beş) manat məbləğində subsidiyanın verilməsi dayandırılır.
İndex.az xəbər verir ki, Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərar ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilib.
Bu gündən isə bu qərar qüvvədən düşür.
APA