2021-ci ildə Azərbaycanda 9 milyard 163 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.
Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 4% artaraq 4 milyard 511 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8% artaraq 4 milyard 652 milyon manat təşkil edib.