“Almaniya iqtisadiyyatı üçüncü rübdə zəifləyəcək” – PROQNOZ

Almaniya Mərkəzi Bankı (Bundesbank) zəif sənaye və yavaş özəl istehlak səbəbiylə Almaniya iqtisadiyyatının üçüncü rübdə kiçiləcəyini bildirib.

İndex.az xəbər verir ki, hesabatda son iqtisadi məlumatların qısa müddətdə Almaniya iqtisadiyyatı üçün çox da ümid vəd etmədiyi, iyul-sentyabr aylarında iqtisadiyyatda canlanmanın olmadığı bildirilib.

“Bundesbank” hesabatında qiymət artımının bir qədər ləngiməsinə, güclü əmək haqqı artımlarına və əmək bazarındakı yaxşı vəziyyətə baxmayaraq, ev təsərrüfatlarının hələ də xərclərini məhdudlaşdırdığı ifadə edilib. Əlavə olaraq, iqtisadi zəifliyin artdığı vurğulanıb.