Fransanın PSJ klubunun bir neçə futbolçusunun siqaret çəkdiyi məlum olub.
İndex.az “Sports Zone” nəşrinə istinadən xəbər verir ki, hadisə yayda Paris təmsilçisinin Yaponiyada baş tutan mövsümöncəsi təlim-məşq toplanışı zamanı baş verib.
Komandanın baş məşqçisi Luis Enrike də bunu bilib. Amma nəşr konkret kimlərin siqarət çəkdiyi barədə məlumat verməyib.
Qeyd edək ki, PSJ Liqa 1-də 5 turdan 8 xalla beşinci pillədə qərarlaşıb. Ölkə çempionu son olaraq evdə “Nitsa”ya 2:3 hesabı ilə uduzub.