Ölkəyə gətirilən mobil telefonları sayı və dəyəri açıqlandı

Bu ilin mart ayında Azərbaycana 184 919 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, fevral ayı ilə müqayisədə martda idxal 23,1% artıb.

Martda idxal olunan məhsulların dəyəri 27 649,4 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisini 15% üstələyir.

Həmçinin bildirilib ki, ümumilikdə, cari ilin yanvar-mart aylarında ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 72,6% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 75 144,6 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk rübünün göstəricisini 98,5% üstələyir.