“Qala Sığorta” ASC-nin səhmdarlarının bu il aprelin 20-də keçirilmiş növbəti ümumi yığıncağında şirkətin nizamnamə kapitalının 894 447 manat və yaxud 11,1% artırılaraq 8 050 000 manatdan 8 944 447 manata qərar verilib.
İndex.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 23 manat olan 38 889 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları “Qala Sığorta”nın yeganə səhmdarı – “AzRe Təkrarsığorta” ASC-nin (“Qala Həyat Sığorta” ASC-nin 90%-lik səhmdarı) əldə edəcəyi gözlənilir.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb.
©Report