İspaniya hökuməti 26 iyun tarixindən etibarən pandemiya səbəbindən küçədə məcburi maska rejimini ləğv edəcək.
İndex.az xəbər verir ki, bu barədə Barselonada çıxışı zamanı baş nazir Pedro Sançes elan edib.
Qeyd edək k, İspaniyada koronavirusun yayılmasının başlanğıcından bəri 3,75 milyondan çox yoluxma hadisəsi aşkar edilib, 80,6 mindən çox xəstə ölüb. 27 dekabr 2020-ci ildən ölkədə peyvənd kampaniyası başladılıb.